...

65 azərbaycanlı tələbə və elmi işçi DAAD təqaüdçüsü olub

Cəmiyyət Materials 5 İyul 2007 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Bu il 65 azərbaycanlı tələbə və Azərbaycan universitetlərinin professorları DAAD proqramı çərçivəsində təhsil almaq üçün təqaüd alacaqlar. İlk dəfə olaraq bu proqramda həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin təqaüdçüləri də iştirak edirlər. Bu barədə cümə axşamı təqaüdlərin təqdim olunması mərasimində Almaniyanın Azərbaycandakı səfiri Per Stankina məlumat verib. Səfir bildirib ki, növbəti il Almaniya DAAD proqramı çərçivəsində təhsil alması üçün 68 azərbaycanlı tələbə və elmi işçiyə təqaüd verəcək. DAAD Almaniyada təhsil almaq üçün azərbaycanlı tələbə və elmi işçilərə təqaüd verən ən iri şirkətdir. 1997-ci ildən bu proqramla təqüd alanların sayı 400 nəfər təşkil edib.

Xəbər lenti

Xəbər lenti