...

Bu gün "Bizim yol" qəzetinin əməkdaşının məhkəməsi keçiriləcək

Cəmiyyət Materials 26 İyul 2007 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Bu gün saat 14.00-da Nəsimi Rayon Məhkəməsində "Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynovun məhkəməsi keçiriləcək. Bu barədə cümə axşamı Bakıda Hüseynovun vəkili Vüqar Xasayev məlumat verib.

Vəkil bildirib ki, əgər jurnalistə qarşı irəli sürülən ittiham əsaslı hesab olunsa, onun haqqında həbs qətimkan tədbiri seçiləcək: "Çox guman ki, jurnalist bundan sonra 1 saylı Bayıl istintaq təcridxanasına göndəriləcək".

"Bizim yol" qəzetinin əməkdaşı Hüseynov iyulun 24-də Yasamal rayonu ərazisində yerləşən "Qurd qapısı" restoranında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından 3500 dollar rüşvət alarkən xüsusi əməliyyat nəticəsində həbs olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 311.1 maddəsi ilə cinayət işi qaldırılıb. Jurnalistin işi üzrə istintaqı Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparır. Hüseynov hazırda Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılır.

Xəbər lenti

Xəbər lenti