...

"Xəzər Lənkəran" kuboka əlvida dedi

İdman Materials 28 Mart 2012 20:12 (UTC +04:00)
Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində günün son matçı keçirilib.
"Xəzər Lənkəran" kuboka əlvida dedi

Azərbaycan, Bakı, 28 mart /Trend/

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində günün son matçı keçirilib.

Trend-in məlumatına görə, günün mərkəzi qarşılaşması Lənkəranda baş tutub. Burada yerli "Xəzər Lənkəran" klubu paytaxtın "İnter" komandasını qəbul edib.

Səfərdə rəqibinə 2:3 hesabı ilə uduzan "Xəzər Lənkəran" 29-cu dəqiqədə qapısında qol görüb. "İnter"in heyətində Baçana Sxadadze fərqlənib. Bundan sonra yarımfinal mərhələsinə yülsəlmək üçün 2 top vurmağa çalışan lənkəranlılar rəqib qapısına yalnız 1 dəfə yol tapa biliblər - Randal Brenes, 76 (1:1).

Beləliklə, "Xəzər Lənkəran" klubu Azərbaycan kuboku ilə vidalaşıb.

Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinal mərhələsinə "İnter"lə yanaşı, "Neftçi", "Bakı" və "Qarabağ" klubları vəsiqə qazanıblar.

Xəbər lenti

Xəbər lenti