...

Azərbaycan olimpiyaçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər (FOTO)

İdman Materials 15 Avqust 2012 08:58 (UTC +04:00)
Azərbaycana qayıtmış olimpiyaçılarımız ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Azərbaycan olimpiyaçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər (FOTO)

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir E.Mehdiyev/

Azərbaycana qayıtmış olimpiyaçılarımız ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Bu gün səhər XXX London Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları vətənə dönüblər.

Trend-in məlumatına görə, idmançıları Heydər Əliyev Beynəlxalq Hava Limanında ictimaiyyətin, idman federasiyalarının nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Azərbaycan XXX London Yay Olimpiya Oyunlarında idmanın 16 növündə 53 idmançı ilə təmsil olunurdu. Azərbaycan Olimpiya Oyunlarında 2-si qızıl, 2-si gümüş və 6-sı bürünc olmaqla 10 medal qazanıb.

Sərbəst güləşçilərimiz Toğrul Əsgərov, Şərif Şərifov Olimpiya çempionu adını qazanıblar, Xetaq Qazyumov bürünc medala layiq görülüb. Yunan-Roma güləşi üzrə yarışlarda Rövşən Bayramov ikinci yeri tutub, Emin Əhmədov isə bürünc medal qazanıb. Qadınlar arasında güləşçimiz Mariya Stadnik olimpiadanın gümüş medalına sahib olub, Yuliya Ratkeviç isə üçüncü yeri tutub.

Boksçularımız Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov bürünc mükafatlara layiq görülüblər. Azərbaycanın ağır atleti Valentin Xristov da bürünc medal qazanıb.

Xəbər lenti

Xəbər lenti