...

"Xəzər-Lənkəran" rəhbərliyi AFFA prezidentinin Kamran Ağayevlə bağlı müraciətini cavablandırıb

İdman Materials 5 Oktyabr 2012 12:54 (UTC +04:00)
Azərbaycan milli komandasının və "Xəzər Lənkəran" FK-nın futbolçusu Kamran Ağayevlə bağlı AFFA-nın prezidenti Rövnəq Abdullayevin "Xəzər Lənkəran" klubunun fəxri prezidenti Mübariz Mənsimova müraciətinə münasibət bildirilib
"Xəzər-Lənkəran" rəhbərliyi AFFA prezidentinin Kamran Ağayevlə bağlı müraciətini cavablandırıb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Azərbaycan milli komandasının və "Xəzər Lənkəran" FK-nın futbolçusu Kamran Ağayevlə bağlı AFFA-nın prezidenti Rövnəq Abdullayevin "Xəzər Lənkəran" klubunun fəxri prezidenti Mübariz Mənsimova müraciətinə münasibət bildirilib.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Xəzər Lənkəran" klubunun prezidenti Mais Mənsimovun bu məsələ ilə bağlı cavab məktubunda deyib ki, AFFA prezidentinin müraciətinə cavabımız müsbət olacaq.

"Baş məşqçi Yunis Hüseynovun da qərarına əsasən, məsələ öz həllini tapacaq" Mənsimov əlavə edib.

Xəbər lenti

Xəbər lenti