...

Millimiz Bolqarıstan yığması ilə qarşılaşacaq

İdman Materials 24 Oktyabr 2012 11:02 (UTC +04:00)
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün Bakı vaxtı ilə saat 18:00-da qrupda son oyununu keçirəcək.
Millimiz Bolqarıstan yığması ilə qarşılaşacaq

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün Bakı vaxtı ilə saat 18:00-da qrupda son oyununu keçirəcək.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, yığmamızın rəqibi Bolqarıstan komandası olacaq.

Bolqarıstanın Sliven şəhərində "Hadji Dimitar" stadionunda keçiriləcək matçın baş hakimi Eitan Şemeulevitç (İsrail), onun köməkçiləri İdan Yarkoni (İsrail), Amir Sabiç (Danimarka), dördüncü hakim isə Mixael Yohansen olacaq.

Qeyd edək ki, yığmamız bundan əvvəl keçirdiyi hər iki görüşü məğlubiyyətlə başa vurub (İspaniya - Azərbaycan 2:0, Polşa - Azərbaycan 1:0).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti