...

“Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnir keçiriləcək

İdman Materials 29 Aprel 2013 13:57 (UTC +04:00)
Mayın 4-5-də Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənvi beynəlxalq turnir keçiriləcək.
“Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnir keçiriləcək

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Mayın 4-5-də Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında "Naxçıvan Kuboku" uğrunda ənənvi beynəlxalq turnir keçiriləcək.

Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə bildiriblər ki, komanda xarakterli turnirdə iştirak edən komandalar püşkə əsasən iki yarımqrupda mübarizə aparacaqlar. Turnirdə Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Özbəkistan və Ukrayna komandaları iştirak edəcək.

Turnirin proqramına əsasən, mayın 4-də qrup görüşləri, mayın 5-də isə final və 3-4-cü yerlər uğrunda görüşlər keçiriləcək. Turnirin rəsmi açılış mərasimimayın 4-də saat 10.00-da baş tutacaq.

İlk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti