...

Dünya Kubokunun II mərhələsində 7 akademik avarçəkənimiz yarışacaq

İdman Materials 20 İyun 2013 18:39 (UTC +04:00)
Azərbaycan akademik avarçəkənləri Dünya Kubokunun II mərhələsində mübarizə aparacaqlar.
Dünya Kubokunun II mərhələsində 7 akademik avarçəkənimiz yarışacaq

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Azərbaycan akademik avarçəkənləri Dünya Kubokunun II mərhələsində mübarizə aparacaqlar.

Trend Azərbaycan Milli Avarçəkmə Federasiyasına istinadən məlumat verir ki, iyunun 21-də Böyük Britaniyanın paytaxtı Londondakı "Eton Dorney" Avarçəkmə Mərkəzində start götürəcək yarışda ölkəmiz 4 qayıq tipində 7 idmançı ilə təmsil olunacaq.

2012-ci il London Yay Olimpiya Oyunlarında avarçəkmə yarışları məhz bu idman qurğusunda baş tutub. Həmin vaxt təmsilçilərimizdən Aleksandr Aleksandrov finaladək irəliləməyi bacarıb. Aleksandrov yenidən "Eton Dorney"də qüvvəsini sınayacaq. O, həm 1 nəfərlik (M1X), həm də Boris Yotovla birgə 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq.

Elə Yotov da 1 nəfərlik qayıqla yürüşdə qüvvəsini sınayacaq.

1 nəfərlik yüngül çəkili qayıqda Fərid Saadov yer alacaq.

2 nəfərlik qoşa avarlı qayıqla həm də İvan Antov - Aleksandr Kornilov dueti çıxış edəcək.

2 nəfərlik sükansız qayıqla yürüşlərdə isə Luka Dordeviç - İqor Luçiç dueti mübarizə aparacaq.

Qeyd edək ki, Dünya Kubokunun II mərhələsi 3 gün davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti