...

"Bakı 2015" Avropa Oyunlarının ilk test yarışına start verilib (FOTO)

İdman Materials 29 Aprel 2014 17:59 (UTC +04:00)
Bu gün Milli Olimpiya Komitəsində (MOK) Komitənin BP şirkəti ilə rəsmi tərəfdaşlıq sazişi çərçivəsində "Bakı 2014" Avropa Təsnifat Yarışı üçün "Gənc könüllülərin/səfirlərin hazırlıq proqramı"nın ilk mərhələsinə start verilib.
"Bakı 2015" Avropa Oyunlarının ilk test yarışına start verilib (FOTO)

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Bu gün Milli Olimpiya Komitəsində (MOK) Komitənin BP şirkəti ilə rəsmi tərəfdaşlıq sazişi çərçivəsində "Bakı 2014" Avropa Təsnifat Yarışı üçün "Gənc könüllülərin/səfirlərin hazırlıq proqramı"nın ilk mərhələsinə start verilib.

MOK-un mətbuat xidmətinfən Trend-ə verilən məlumata görə, bu yarış "Bakı 2015" Avropa Oyunlarının ilk test yarışıdır.

"Bakı 2014" Avropa Təsnifat Yarışında 40-dan artıq Avropa ölkəsindən 800 nəfərdən artıq idmançı və 400 nəfərə yaxın rəsmi heyət iştiak edəcək. 36 atletika idman növü üzrə Azərbaycanda ilk dəfə təşkil ediləcək bu yarış gənc idmançılara 2014-cü ilin avqust ayında Nancinqdə (Çin) keçiriləcək Yeniyetmələrin 2-ci Yay Olimpiya Oyunlarına iştirak hüququnu təmin edəcək.

BP şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilən "Gənc könüllülərin/səfirlərin hazırlıq proqramı" çərçivəsində ümumilikdə yarışa xidmət edəcək 1000 nəfər könüllünün hazırlanması nəzərdə tutulur. 5 gün davam edəcək ilk təlim kursunun əsas məqsədi 30 nəfər gənc liderin hazırlanmasıdır. Hazırlıq proqramının sonrakı mərhələsində gənc liderlər yarışda iştirak edəcək müxtəlif komandalardan olan 1000 nəfər könüllünün hazırlığına qatılacaqlar.

Təlim kursunu giriş sözü ilə açan Mehman Kərimov ilk olaraq yüzlərlə gəncin arasından seçilmiş liderləri təbrik edib. Sonra o, iştirakçılara yarışın direktoru Məhərrəm Sultanzadə, proqramın əməkdaşları və təlim kursu üçün Britaniyanın "Youth Sport Trust" (Gənclər İdman Fondu) təşkilatının mütəxəssisləri - xanım V.Holt və xanım G.Batteni təqdim edib. Bundan sonra M.Kərimov iştirakçılara proqramın tarixi və MOK-un BP şirkəti ilə əməkdaşlığı haqqında qısa təqdimat edib.

M.Sultanzadə iştriakçıları Yerli Təşkilat Komitəsinin adından salamlayaraq onlara çox vacib və məsuliyyətli könüllülük işində uğurlar arzulayıb. Daha sonra M.Sultanzadə gənc liderlərə Avropa Təsnifat Yarışı haqqında məlumat verib. Qısa çıxışlardan sonra təlum kursunu davam etdirmək üçün söz britaniyalı təlimçilərə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti