...

Avropa çempionları Azərbaycan kubokunda məğlub oldular

İdman Materials 10 Oktyabr 2014 19:35 (UTC +04:00)
“Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə Azərbaycan kuboku yarışlarına yekun vurulub.
Avropa çempionları Azərbaycan kubokunda məğlub oldular

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

"Sərhədçi" İdman Olimpiya Mərkəzində boks üzrə Azərbaycan kuboku yarışlarına yekun vurulub.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, həlledici gündə bir çox favoritlər ümidləri doğrulda bilməyiblər. 49 kq çəki dərəcəsində Avropa çempionu Salman Əlizadə ötən il Azərbaycan çempionatında məğlub etdiyi Araz İmaməliyevə uduzub.

60 kq çəki dərəcəsində böyük maraqla gözlənilən Albert Səlimov - Elvin İsayev görüşündən daha təcrübəli birinci qalib ayrılıb.

64 kq çəki dərəcəsində son Azərbaycan çempionu Lorenso Sotomayorla Heybətulla Hacəliyevin də döyüşü gərgin keçib. Hakimlər qələbəni Kuba əsilli boksçuya veriblər.

Nikolay Veselov (75 kq) ilk dəfə iştirak etdiyi ölkəmiqyaslı yarışda 1-ci yeri tutub. "Baku Fires" klubunun üzvü həlledici döyüşdə Kamran Şahsuvarlıdan üstün olub.

Abdulqadir Abdullayev (91 kq) bir neçə dəfə uduzduğu Teymur Məmmədovdan bu dəfə revanş ala bilib. Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu T.Məmmədov 3-cü raundda texniki nokautla uduzub.

Qeyri-rəsmi komanda hesabında "Baku Fires" klubu 1-ci nəticə göstərib. Bu klubun 5 boksçusu Azərbaycan kubokunda 1-ci yerə yiyələnib. "Gilan"ın 2 nümayəndəsi turnirin qalibi olub.

Final görüşlərinin nəticələri

49 kq - Salman Əlizadə (Gilan) - Araz İmaməliyev (Gilan) 1:2

52 kq - Elnur Şəfiyev (Rabitə) - İbrahim İbrahimov (Neftçi) 3:0

56 kq - Tural Əhmədov (Gilan) - Fərid Ağamoğlanov (Rabitə) 3:0

60 kq - Elvin İsayev (Gilan) - Albert Səlimov (Baku Fires) 0:3

64 kq - Lorenso Sotomayor (Qəbələ) - Heybətulla Hacəliyev (Rabitə) 3:0

69 kq - Pərviz Bağırov (Neftçi) - Ramal Aslanov (Gilan) 3:0

75 kq - Nikolay Veselov (Baku Fires) - Kamran Şahsuvarlı (Qəbələ) 2:1

81 kq - Jaba Xositaşvili (Baku Fires) - Soltan Migitinov (Baku Fires) S.Migitinov rinqə çıxmayıb

91 kq - Teymur Məmmədov (Rabitə) - Abdulqadir Abdullayev (Baku Fires) texniki nokautla A.Abdullayev qalib gəlib

91+kq - Arslanbek Mahmudov (Baku Fires) - Kamran Mehdiyev (Rabitə) 3:0

Məqalədə:
Xəbər lenti

Xəbər lenti