...

"Qalatasaray" - "Fənərbağça" oyunu terror səbəbindən təxirə salındı

İdman Materials 20 Mart 2016 20:37 (UTC +04:00)
Türkiyə Superliqasının 26-cı turu çərçivəsində bu gün keçirilməli olan “Qalatasaray” - “Fənərbağça” oyunu təxirə salınıb.
"Qalatasaray" - "Fənərbağça" oyunu terror səbəbindən təxirə salındı

Bakı. Trend:

Türkiyə Superliqasının 26-cı turu çərçivəsində bu gün keçirilməli olan "Qalatasaray" - "Fənərbağça" oyunu təxirə salınıb.

Trend-in məlumatına görə, bu qərara səbəb mümkün terror təhlükəsi olub. Oyunun hansı vaxta keçiriləcəyi hələ dəqiqləşdirilməyib.

Xatırladaq ki, bu qərardan əvvəl İstanbul polisi derbi oyununun azarkeşlərin iştirakı olmadan keçirilməsi qərarına gəlib. "Qalatasaray" klubu isə Türkiyə Futbol Federasiyasına oyunun təxirə salınması barədə müraciət edib. Nəticədə İstanbul valiliyi matçı ertələyib.

Qeyd edək ki, ötən gün İstanbulda terror aktı törədilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti