...

Van Bastenə FIFA-da vəzifə veriləcək

İdman Materials 30 Avqust 2016 13:21 (UTC +04:00)
Məşhur hollandiyalı futbolçu Marko Van Bastenə FIFA-da vəzifə veriləcək.
Van Bastenə FIFA-da vəzifə veriləcək

Bakı. Trend:

Məşhur hollandiyalı futbolçu Marko Van Bastenə FIFA-da vəzifə veriləcək. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunun üçün FIFA ilə Niderland Futbol İttifaqı razılığa gəlməlidir.

Futbolçunun sözlərinə görə, bu, tamamilə yeni işdir, belə vəzifə hələ olmayıb: “Yeni vəzifə ümumi qaydalarla, proqramların yaradılması və hakimlərlə işlə bağlıdır".

Qeyd edək ki, hazırda M.Van Basten Hollandiya yığmasının baş məşqçisi Danni Blindin assistentidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti