...

DÇ-2018: İspaniya İran üzərində minimal hesablı qələbə qazandı (VİDEO)

İdman Materials 21 İyun 2018 00:08 (UTC +04:00)
Rusiyada futbol üzrə Dünya Çempionatı davam edir
DÇ-2018: İspaniya İran üzərində minimal hesablı qələbə qazandı (VİDEO)

Bakı. Trend:

Rusiyada futbol üzrə Dünya Çempionatı davam edir.

Trend-in məlumatına görə, nu gün "B” qrupunda yer alan İspaniya və İran yığmaları qarşılaşıb. Oyunda yeganə qolu İspaniya və "Atletiko Madrid"in hücumçusu Diyeqo Kosta vurub - 1:0.

Beləliklə, İspaniya yığması iki oyuna 4 xal toplayaraq qrupda Portuqaliya (4 xal) ilə birinci və ikinci yerləri paylaşır.

Xatırladaq ki, bu gün Portuqaliya yığması Kriştianu onaldunun qolu ilə Mərakeş üzərində minimal hesablı qələbə qanmışdı.

Qeyd edək ki, iyulun 15-dək davam edəcək 21-ci mundialda 32 komanda 8 qrupda yarışacaq.

Oyunları Moskva (“Lujniki” və “Spartak” stadionları), Sankt-Peterburq (“Sankt-Peterburq”), Soçi ("Fişt"), Kazan (“Kazan Arena”), Kalininqrad (“Kalininqrad”), Nijni Novqorod (“Nijni Novqorod”), Volqoqrad (“Volqoqrad Arena”), Samara (“Samara Arena”), Saransk (“Mordoviya Arena”), Rostov-na-Don (“Rostov Arena”) və Yekaterinburq şəhərlərində (“Yekaterinburq Arena”) 12 stadionda keçiriləcək.

İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti