...

Bədii gimnastika üzrə I Beynəlxalq “Ocaq” Kubokunun maskotu tamaşaçılara çoxlu sevincli anlar bəxş edir - gənc gimnast (FOTO)

İdman Materials 27 Noyabr 2022 02:58 (UTC +04:00)
Bədii gimnastika üzrə I Beynəlxalq “Ocaq” Kubokunun maskotu tamaşaçılara çoxlu sevincli anlar bəxş edir - gənc gimnast (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika üzrə I Beynəlxalq “Ocaq” Kubokunun talismanı həm tamaşaçılara, həm də yarış iştirakçılarına çoxlu sevincli anlar yaşadır.

Bunu Trend-ə şənbə günü turnirin üçqat gümüş mükafatçısı, gənc gimnast Mira Özəl deyib.

M.Özəl 2015-ci il təvəllüdlü gimnastlar arasında topla, alətsiz və çoxnövçülük üzrə üç proqramda gümüş medal qazanıb.

"Maskot o qədər gülməlidir ki, hamını əyləndirir - həm tamaşaçıları, həm də biz gimnastları. Mükafatlandırma mərasimi zamanı qaliblər və mükafatçılar onun yanlarına gəlib şəkil çəkdirməsini gözləyirlər", - deyə güənc gimnast bildirib.

Mira Özel əlavə edib ki, Milli Gimnastika Arenasına əvvəllər böyük idmançıların yarışlarını izləmək üçün gəlib, indi isə özü ilk dəfə burada çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti