...

"Qarabağ" hesabı bərabərləşdirdi (YENİLƏNİB)

İdman Materials 17 Avqust 2023 20:48 (UTC +04:00)
"Qarabağ" hesabı bərabərləşdirdi (YENİLƏNİB)

Bakı. Trend:

Finlandiyada UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda HİK və “Qarabağ” qarşılaşmasında hesab bərabərləşib.

Trend xəbər verir ki, ilk hissənin sonlarına yaxın Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirməklə fərqlənib - 1:1.

xxx

20:10

Finlandiyada UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda HİK və “Qarabağ” qarşılaşmasında hesab açılıb.

Trend xəbər verir ki, Santeri Hostikka 10-cu dəqiqədə fərqlənib.

xxx

20:00

"Qarabağ" bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Trend xəbər verir ki, Ağdam təmsilçisi Finlandiyada HİK-in qonağı olur.

xxx

19:00

Finlandiyada UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək HİK və "Qarabağ"ın start heyətləri bəlli olub.

Trend-in məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Junino, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

HİK: 85. Niki Myanpa, 2. Tuomas Ollila, 4. Yoona Toyvio, 9. Boyan Raduloviç, 10. Lukas Linqman, 15. Miro Tenho, 18. Topi Keskinen, 22. Yukka Raytala, 24. Georgios Kanellopulos, 27. Kevin Kuassivi-Benissan, 7. Santeri Hostikka,

Ehtiyat oyunçular: 1. Yesse Öst, 78. Aleks Ramula, 3. Nikolas Hyömyölöynen, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 8. Filip Rogiç, 11. Roope Riski, 14. Matti Peltola, 17. Hassane Bande 29. Entoni Olusanya, 56. Perparim Hetemay, 37. Atomu Tanaka,

Baş məşqçi: Toni Korkeakunnas

Qeyd edək ki, "Bolt Arena"da oynanılacaq görüş saat 20:00-da başlayacaq.

xxx

09:17

“Qarabağ” bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirəcək.

Trend xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Finlandiyada HİK-in qonağı olacaq.

“Bolt Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü Fransadan olan FIFA referisi Villi Delajod idarə edəcək. İlk oyunda Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

UEFA Avropa Liqası, III təsnifat mərhələsi

Cavab oyunu

20:00. HİK - “Qarabağ”

Baş hakim. Villi Delajod (Fransa)

Helsinki. “Bolt Arena”

Qeyd edək ki, cütün qalibi növbəti raundda Sloveniya çempionu “Olimpiya” ilə üz-üzə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti