...

O, Neapolun tanrısıdır - Maradona ilə müqayisə edilən "Qvaradona"

İdman Materials 18 Mart 2024 17:17 (UTC +04:00)
O, Neapolun tanrısıdır - Maradona ilə müqayisə edilən "Qvaradona"

Bakı. Trend:

Maradona ilə müqayisə? O, Neapolun tanrısıdır. Onunla müqayisə olunmaq böyük şərəfdir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu İtaliyanın “Napoli” klubunun futbolçusu Xviça Kvaratsxeliya deyib.

Gürcü futbolçu neapollu azarkeşlərin onun haqqında yazdıqları “Dieqo Armandonun varisi” statusunu şərh edib. O bildirib ki, “Napoli” fanatlarının onu "Qvaradona" adlandırdıqları üçün inanılmaz dərəcədə qürur duyur: “Təbii ki, mən özümü onunla müqayisə edə bilmərəm, çünki o, tarixin ən yaxşı oyunçularından biridir. Bu, mənim üçün çox şey deməkdir”.

Xviça şərəfini qoruduğu klub haqqında da fikirlərini bölüşüb: "Napoli”də oynamaqdan çox məmnunam. “Napoli” böyük əfsanələri olan nəhəng klubdur. Maradona burada oynayıb və ondan yaxşısı yoxdur. Bu kimi amillər burada oynamağı unudulmaz edir”.

Xəbər lenti

Xəbər lenti