...

Milli komanda hücumçusunu itirdi

İdman Materials 19 Mart 2024 15:24 (UTC +04:00)
Milli komanda hücumçusunu itirdi

Bakı. Trend:

Fransa millisi itki ilə üzləşib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Antuan Qrizmann yığmanın qarşıdakı oyunlarında iştirak etməyəcək.

Buna 32 yaşlı hücumçunun zədəsi səbəb olub. Topuğundan xəsarət alan forvard martda keçiriləcək yoldaşlıq oyunlarından kənar qalacaq.

Antuan 2017-ci ildən sonra ilk dəfə millinin matçında oynamayacaq. O, yığmada 84 görüşdə forma geyinib.

Qeyd edək ki, Fransa yığması martın 23-də Almaniya, üç gün sonra Çili ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti