Bakı. Trend:
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, yığmamız AVRO-2025-in seçmə mərhələsində Ukrayna ilə görüşəcək.
F qrupunda sonuncu pillədə qərarlaşan Samir Əliyevin yetirmələri lideri büdrətməyə çalışacaq. Dörd gün əvvəl İngiltərəyə dörd top fərqi ilə uduzan millimiz “Azərsun Arena”ya uğur qazanmaq üçün çıxacaq. Görüş saat 16:00-da başlayacaq.
Qeyd edək ki, qrupumuzda baş tutacaq digər iki oyunda Serbiya Şimali İrlandiyanı, İngiltərə Lüksemburqu qəbul edəcək. Bu qarşılaşmalar Bakı vaxtı ilə müvafiq olaraq 21:00 və 23:00-da başlayacaq.
AVRO-2025-in seçmə mərhələsi
F qrupu
26 mart
16:00. Azərbaycan – Ukrayna
Baş hakim: Dario Bel (Xorvatiya)
Bakı. “Azərsun Arena”
1 |
Ukrayna |
5 |
5 |
0 |
0 |
12-2 |
15 |
2 |
İngiltərə |
6 |
5 |
0 |
1 |
24-4 |
15 |
3 |
Serbiya |
6 |
3 |
1 |
2 |
8-14 |
10 |
4 |
Lüksemburq |
7 |
1 |
1 |
5 |
4-16 |
4 |
5 |
Ş.İrlandiya |
5 |
1 |
0 |
4 |
2-7 |
3 |
6 |
Azərbaycan |
5 |
1 |
0 |
4 |
3-10 |
3 |