...

Adımı Azərbaycan gimnastika tarixinə yazdığım üçün xoşbəxtəm - Selcan Mahsudova

İdman Materials 26 Mart 2024 14:40 (UTC +04:00)
Adımı Azərbaycan gimnastika tarixinə yazdığım üçün xoşbəxtəm - Selcan Mahsudova

Bakı. Trend:

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandığım üçün sevincliyəm.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova deyib.

21 yaşlı idmançı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmasına münasibət bildirib.

Azərbaycan tarixində batut gimnastikasında ilk vəsiqənin sahibinin sözlərinə görə, arzusu həyata keçirdiyi üçün xoşbəxtdir:

“Məşqçimlə birlikdə tarix yazdıq. Batutda hələ ilk addımlarımı atanda ən böyük arzum Olimpiya Oyunlarına iştirak etmək olub. Sevindirici haldır ki, bu istəyim ürəyimdə qalmadı. Adımı Azərbaycan gimnastika tarixinə yazdığım üçün hədsiz xoşbəxtəm.

Düşünürəm ki, gimnastikaya yeni başlayanlar üçün bu uğurum motivasiya olar. Bundan sonra qarşıda bizi Avropa çempionatı gözləyir. İnanıram ki, bu yarışda da özümüzü göstərib, Olimpiadadan öncə yüksək nəticə əldə edərək, ölkəmizin bayrağını zirvələrdə dalğalandıracağam”.

Qeyd edək ki, Maqsudova Paris-2024-ə vəsiqə qazanan ikinci gimnast olub. Ondan öncə bədii gimnastımız Zöhrə Ağamirova da bu uğura imza atıb. Ölkəmizin hesabında isə ümumilikdə 11 lisenziya var.

Xəbər lenti

Xəbər lenti