...

AVRO-2024: Ukrayna millisi final mərhələsinə vəsiqə qazanıb

İdman Materials 27 Mart 2024 01:47 (UTC +04:00)
AVRO-2024: Ukrayna millisi final mərhələsinə vəsiqə qazanıb

Bakı. Trend:

Ukrayna və İslandiya milli komandaları arasında 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin "B Yolu"nun final oyunu başa çatıb.

Trend-in məlumatına görə, görüş Polşanın Vrotslav şəhərində keçirilib.

Ukrayna yığması 2:1 hesabı ilə qələbə qazanıb. Ukrayna komandasının heyətində qolları Viktor Tsıqankov (54-cü dəqiqə), Mixail Mudrik (84) vurublar. İslandiyanın heyətində 30-cu dəqiqədə Albert Qudmundsson fərqlənib.

Beləliklə, Ukrayna millisi Avro-2024-ün qrup mərhələsinə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti