...

Çerçesov Azərbaycan millisində göz qabağında olacaq - Rusiya millisinin sabiq futbolçusu

İdman Materials 27 Mart 2024 15:15 (UTC +04:00)
Çerçesov Azərbaycan millisində göz qabağında olacaq - Rusiya millisinin sabiq futbolçusu

Bakı. Trend:

Düşünürəm ki, Stanislav Çerçesov üçün Azərbaycan millisi müəyyən dərəcədə çağırışdır.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu futbol veteranı Maksim Demenko deyib.

Rusiya millisinin sabiq yarımmüdafiəçisi Stanislav Çerçesovun Azərbaycan yığmasının baş məşqçisi postuna namizəd olmasına münasibət bildirib: “O, hazırda heç yerdə işləmir. Bu üzdən Azərbaycandakı iş ona heç bir problem yaratmayacaq. Əgər Azərbaycan yığması Çerçesova maraqlı gəlsə, bu variantı nəzərdən keçirəcək. Həm də bu komanda ölkənin millisidir. Avropa komandaları onu izləyəcək. O, Azərbaycan millisində göz qabağında olacaq”.

Qeyd edək ki, Kiyev “Dinamo”su, “Zenit”, “Spartak”, “Krasnodar” kimi klublarda oynamış Demenko yığmada 2 matç keçirib.

Xəbər lenti

Xəbər lenti