Bakı. Trend:
Perunun paytaxtı Limada yeniyetmə cüdoçular arasında dünya çempionatı start götürüb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, ilk gündə Azərbaycan millisinin 3 üzvü tatamiyə çıxıb.
50 kq və 55 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.
Dünya çempionatı
50 kq
Məhəmmədəli Hüsiyev ilk görüşündə italiyalı Tomas Qidoni (İtaliya)
ilə üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz növbəti görüşünü
Aksel Kuqa (Fransa) qarşı keçirib. Qələbə qazanan Məhəmmədəli
yarımfinala yüksəlib. Bu mərhələdə Aleksey Toptıginə (AİN) uduzan
Hüsiyev bürünc uğrunda Karlos Filyo (Braziliya) ilə yarışıb və
qələbə qazanaraq fəxri kürsüdə yer alıb.
İlk mərhələdən azad olan Bahadır Feyzullayev Aleksey Toptıginlə (AİN) qarşılaşıb. Görüş rəqib cüdoçunun qələbəsi ilə yekunlaşıb.
60 kq
Nihad Məmişov (55 kq) mübarizəyə 1/16 finalda qoşulub və onun
rəqibi Amir Temirbayev (Kanada) olub. Çempionata qələbə ilə
başlayan Nihad 1/8 finalda Yan Kolondra (Polşa), 1/4 finalda isə
Botond Kunyikə (Macarıstan) qalib gəlib. O, finala gedən yolda
Ukraynanı təmsil edən azərbaycanlı Xəzər Heydərova qalib gəlib.
Cüdoçumuz həlledici döyüşdə Bat-Enerel Batbileglə (Monqolustan)
qarşılaşıb. Rəqibini məğlub edən Azərbaycan cüdoçusu qızıl medala
sahıb çıxıb.
Qeyd edək ki, dünya çempionatına sentyabrın 1-də yekun vurulacaq.