...

"Samsung AddWash" paltaryuyan maşınlarında yenilik

İqtisadiyyat Materials 11 Noyabr 2016 19:10 (UTC +04:00)
Heç bir evdar xanıma yuma başladıqdan sonra paltaryuyana kiçik corabı əlavə etməyi unutması hissi və məyusluğu yad deyil.
"Samsung AddWash" paltaryuyan maşınlarında yenilik

Bakı. Trend:

Heç bir evdar xanıma yuma başladıqdan sonra paltaryuyana kiçik corabı əlavə etməyi unutması hissi və məyusluğu yad deyil.

"Samsung" şirkəti bu problemi yeni "AddWash" paltaryuyanını hazırlayaraq həll etdi. İndi yuma zamanı paltarları maşına əlavə etmək mümkündür.

AddWash paltaryuyan maşınlar xətti xüsusi kiçik qapı ilə təchiz olunub ki, onun vasitəsilə yumanın istənilən mərhələsində maşına paltar əlavə etmək olar. Bunun üçün sadəcə yumanı dayandırmaq, qapını açmaq, unutduğunuz paltarı əlavə etmək və yumağa davam etmək lazımdır.

"AddWash" paltaryuyan maşınları ilə yuma inanılmaz dərəcədə sadə və rahat oldu.

Noyabrın 1-dən 12-dək "Samsung" şirkəti paltaryuyan maşın, tozsoran və mikrodalğalı soba qazana biləcəyiniz aksiya keçirir.

Aksiyada iştirak edən şəxslərin nəzərinə çatdırmaq istərdik ki, hədiyyələrin oynanılması zamanı iştirakçıların tədbirdə iştirakı mütləqdir. İştirakçı həddiyyə qazandığı zaman tədbirdə iştirak etmirsə, nəticə sıfırlanacaq və növbəti iştirakçı təsadüfi yolla qalib seçiləcək.

Bütün iştirak etmək istəyənləri saat 16:00-da 28 mall ticarət mərkəzinin birinci mərtəbəsində gözləyirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti