Bakı. Trend:
Müştəri xidmətlərinin keyfiyyətini yüksəltmək və müştərilərin rahatlığı, eləcə də sığorta xidmətləri bazarını inkişaf etdirmək məqsədilə “Atəşgah” Sığorta Şirkəti avtomobil sahibləri üçün sığorta hadisələrinin tənzimlənmə prosedurunu sadələşdirib.
Şirkətdən Trend-ə verilən məlumata görə, sığorta hadisələrinin rəsmiləşdirilməsi üçün əvvəllər tələb edilən sənədlərin sayı azaldılıb, ödəniş isə 2 iş günü ərzində həyata keçirilir. Avtomobilə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı müştəri ilə razılıq əldə edildikdən sonra 2 iş günü ərzində müvafiq sənədlərin təqdimindən sonra verilir. Bundan əlavə, əgər müştərinin carı hesabı varsa, bu proses əhəmiyyətli dərəcədə qısalır.
Yaxın gələcəkdə şirkət müştərilərin sığorta ödənişini 1 iş günü ərzində mümkün edə biləcək yeni maliyyə mexanizmi tətbiq etməyi nəzərdə tutub. Qeyd edək ki, bu yenilik sığorta hadisəsi baş verən zaman zərərlik məbləği 1000 AZN – ə qədər təşkil edən hallara şamil edilir.
Əlavə məlumat əldə etmək üçün (012) 940 əlaqə telefonuna zəng etmək və ya Şirkətin “Mətbuat prospekti 18/7 ünvanında yerləşən ofisinə yaxınlaşmaq lazımdır.
______________________________________________________________________
QEYD: “Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilmişdir. 2016-cı ilin nəticələrinə görə ümumilikdə “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ -nin sığorta haqları 76,6 mln. AZN, ödənişləri isə 43,3 mln. AZN təşkil edib. Şirkətlər müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.