...

Azərbaycan Beynəlxalq Bankı intihara cəhd xəbərinə aydınlıq gətirdi

İqtisadiyyat Materials 28 Aprel 2017 12:18 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı Bankın baş ofisinin qarşısında intihar etmək istəyən şəxslə bağlı xəbərə aydınlıq gətirib.
Azərbaycan Beynəlxalq Bankı intihara cəhd xəbərinə aydınlıq gətirdi

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Bankı Bankın baş ofisinin qarşısında intihar etmək istəyən şəxslə bağlı xəbərə aydınlıq gətirib.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, vətəndaş Emil Natiq oğlu Əliyevin etirazı Azərbaycan Beynəlxalq Bankının fəaliyyətinə aid deyil. Onun etirazı vaxtilə Bankda sürücü işləmiş şəxslə bağlıdır. Belə ki, həmin şəxs E.Əliyevin etibarından sui-istifadə edərək ondan pul alıb və geri qaytarmayıb.

Vətəndaşlara qarşı bu cür dələduzluq əməlləri üzə çıxarılan sürücü ötən il işdən kənarlaşdırılıb. Eyni zamanda, bu əməllərinə hüquqi qiymət verilməsi üçün Bank tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib və o, hazırda həbsdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti