...

Qusar-Xudat yolu yenidən qurulur (FOTO)

İqtisadiyyat Materials 10 İyul 2017 14:31 (UTC +04:00)
Qusar-Xudat avtomobil yolunun bir hissəsi əsaslı şəkildə təmir olunur.
Qusar-Xudat yolu yenidən qurulur (FOTO)

Bakı. Trend:

Qusar-Xudat avtomobil yolunun bir hissəsi əsaslı şəkildə təmir olunur.

“Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 188-ci km-dən başlayan təmir işləri Qusar rayon mərkəzinə qədər olan 13.7 km-lik hissəni əhatə edir.

Təmir-bərpa işləri zamanı yolun 10.7 km-lik hissəsi 6 m-dən 7 m-ə qədər, 3 km-lik hissəsi isə 5 m-dən 11 m-ə qədər genişləndirilib. Genişləndirilmiş hissə yol boyu avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə idarə edilməsinə imkan verəcək.

Aparılan işlər çərçivəsində yolun köhnə asfat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, genişləndirilmiş və zəruri olan digər hissələr xüsusi materail tökülərək kipləşdirmə işləri aparılır, hazır olan hissələr isə asfaltlanır. Hazırda yolun 3 km-lik hissəsinə asfalt-beton örtüyünün ilk qatı döşənib. Zəruri olan yerlərdə yol kənarlarına səki daşları düzülür. Ümumilikdə, yola 2 qat olmaqla asfalt-beton örtüyünün döşənməsi və 6 min paqon-metr səki daşının düzülməsi nəzərdə tutulub.

“Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılan təmir-tikinti işləri yekunlaşandan sonra yola 120 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılacaq.

Qeyd edək ki, 1967-68 ci illərdə salınan Qusar-Xudat avtomobil yolunun əsaslı şəkildə təmir edilməsi yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaq, vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti