...

Pakistan KİV: Azərbaycan – turizm məkanı (FOTO)

İqtisadiyyat Materials 26 İyul 2017 11:49 (UTC +04:00)
Azərbaycanda turizm sürətlə inkişaf edir və tezliklə iqtisadiyyatın ən mühüm sahələrindən birinə çevriləcək.
Pakistan KİV: Azərbaycan – turizm məkanı (FOTO)

Bakı. Trend:

Azərbaycanda turizm sürətlə inkişaf edir və tezliklə iqtisadiyyatın ən mühüm sahələrindən birinə çevriləcək.

Trend-in məlumatına görə, bu barədə Pakistanın “The Destination” qəzetində və qəzetin internet səhifəsində dərc edilən “Azərbaycan – turizm məkanı” məqaləsində bildirilir.

Məqalədə qeyd olunur ki, zəngin tarixi, mədəni və təbii irsi olan Azərbaycanın dünyanın hər yerindən qonaqları özünə cəlb etdiyi bildirilir. Azərbaycanda turizmin bütün növlərinin – işgüzar, idman, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik, çimərlik və hətta qastronomik turizmin inkişafı üçün şəraitin olduğu diqqətə çatdırılır.

Qeyd olunur ki, dünyada mövcud olan 11 iqlim tipindən 9-na Azərbaycan ərazisində rast gəlmək mümkündür, buranın iqlimi yay və qış istirahətinin təşkilinə şərait yaradır. Azərbaycanda turizm sahəsi günü-gündən inkişaf edir və tezliklə iqtisadiyyatın ən mühüm sahələrindən birinə çevriləcək.

Müəllif qeyd edir ki, dövlət proqramlarının icrası ölkədə turizmin inkişafı və beynəlxalq turizm bazarına inteqrasiyanın təməlinin qoyulması üçün şərait yaradıb. Ölkədə 2011-ci ilin "Turizm İli" elan edilməsi və "Eurovision-2012" nüfuzlu mahnı müsabiqəsinin Azərbaycan paytaxtında keçirilməsi bütün dünyadan turistlərin bu ölkəyə axını üçün şərait yaradıb və turizm sənayesinin inkişafına güclü təkan verib.

Məqalədə həmçinin, dövlətin gördüyü tədbirlər nəticəsində ölkədə müasir mehmanxana-xidmət infrastrukturunun təsis olunduğu, turizm sənayesi üçün kadrların hazırlandığı, çoxşaxəli turizm agentləri şəbəkəsinin formalaşdırıldığı oxucuların diqqətinə çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti