...

Xətai rayonunun əksər ərazilərində su olmayacaq

İqtisadiyyat Materials 31 İyul 2018 09:22 (UTC +04:00)
Xətai rayonunun əksər ərazilərində su olmayacaq
Xətai rayonunun əksər ərazilərində su olmayacaq

Bakı. Trend:

Xətai rayonunun əksər ərazilərində su olmayacaq.

"Azərsu" ASC-dən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Xətai rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin magistral xətlərə qoşulması ilə əlaqədar 31iyul 2018-ci il tarixində gün ərzində Gəncə prospekti, M.Hadi, Vunqtau, Xudu Məmmədov, Səməd bəy Mehmandarov, General Əliağa Şıxlinski və Nəsrəddin Tusi küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti