...

Astarada turizm əhəmiyyətli avtomobil yolunun inşası başa çatır (FOTO/VİDEO)

İqtisadiyyat Materials 15 Avqust 2018 11:20 (UTC +04:00)
Astara rayonunda 11 km uzunluğa malik avtomobil yolunun inşası yekunlaşır
Astarada turizm əhəmiyyətli avtomobil yolunun inşası başa çatır (FOTO/VİDEO)

Bakı. Trend:

Astara rayonunda 11 km olan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması artıq yekunlaşmaq üzrədir. Bu yerli əhəmiyyətli Ojəkəran-Tüləgüvan-Qaçimardə-Təngərüd avtomobil yoludur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, 4 yaşayış məntəqəsinin 9.3 min əhalisinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 226-cı km-nə çıxışına imkan yaradan yerli əhəmiyyətli Ojəkəran-Tüləgüvan-Qaçimardə-Təngərüd avtomobil yolu hazırda IV texniki dərəcəyə uyğun inşa edilir.

Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirkləri quraşdırılacaq, həmçnin yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Qeyd edək ki, Ojəkəran-Tüləgüvan-Qaçimardə-Təngərüd avtomobil yolunun yenidən qurulması ilə gediş-gəliş rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq. Bundan başqa, yolun keçdiyi ərazilər boyu yerli əhalinin sosial rifah halına müsbət təsir göstərən sitrus meyvələrinin yetişdirilməsinin artması ilə kənd təsərrüfatının, həmçinin turizmin inkişafı və yeni turizm marşrutlarının yaranması da hədəflənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti