...

İyunda Türkiyədən Azərbaycan bazarlarına dəri məhsulların ixracatı yarıdan çox artıb

İqtisadiyyat Materials 22 İyul 2022 14:19 (UTC +04:00)
İyunda Türkiyədən Azərbaycan bazarlarına dəri məhsulların ixracatı yarıdan çox artıb

Bakı. Trend:

Türkiyə 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana dəri məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 faiz artıraraq 10,8 milyon dollara çatdırıb.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.

İyun ayında Türkiyə Azərbaycana dəri məhsulları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 39 faiz artıraraq 1,7 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin iyun ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz artaraq 172 milyon dollara bərabər olub.

Bu ilin yanvar-iyun ayında Türkiyə 979 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin yanvar-iyun ayları ilə müqyisədə 23,5 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2021-iyun 2022) Türkiyə 1,9 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti