...

Avropada qaz 30 faiz bahalaşıb

İqtisadiyyat Materials 5 Sentyabr 2022 10:36 (UTC +04:00)
Avropada qaz 30 faiz bahalaşıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropada təbii qazın qiyməti min kubmetr üçün 2 850 dollar həddini keçib.

Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın sentyabr fyuçersləri 2 853 dollar ətrafında alınıb-satılır.

Qiymətlər son sutka ərzində təxminən 30 faiz artıb.

Bahalaşmaya səbəb kimi "Şimal axını" qaz nəqlinin dayandırılmas göstərilib.

Xatırladaq ki, Avropada təbii qaz qiymətləri martın 7-də tarixi rekord vuraraq min kubmetr üçün 3 898 dollar həddinə çatmışdı. Ötən həftə isə təbii qaz 3 200 dollar həddini keçdikdən sonra ucuzlaşmağa başlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti