...

Nəqliyyat və rabitə xərcləri artırılır

İqtisadiyyat Materials 16 Oktyabr 2023 15:19 (UTC +04:00)
Nəqliyyat və rabitə xərcləri artırılır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 528 milyon manatı və yaxud 1,4%-i nəqliyyat və rabitə ilə bağlı xərclərinin payına düşəcək.

Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 57,6% çoxdur.

Nəqliyyat və rabitə xərcləri iqtisadi fəaliyyət xərclərinin 6,8%-ni təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti