...

Ölkədə inflyasiya aşağı enib

İqtisadiyyat Materials 15 Yanvar 2024 13:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə Azərbaycanda inflyasiya 8,8%-ə enib. Bu isə ötən ilin yanvar-noyabr aylarına nisbətən 0,6% bəndi azdır.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İnflyasiya ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 9,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 8,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8,2 faiz təşkil edib.

2023-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 102,1 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti