...

Azərbaycanın xarici dövlət borcu AZALIB

İqtisadiyyat Materials 22 Yanvar 2024 17:12 (UTC +04:00)
Azərbaycanın xarici dövlət borcu AZALIB
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü il 31 dekabr tarixinə xarici dövlət borcu 6480,7 mln. ABŞ dolları (11017,2 mln. manat) ekvivalentində və ya Ümumi Daxili Məhsulun (ÜDM) 9%-ni təşkil edib.

Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı 2023-cü il üzrə Azərbaycan Respublikası dövlət və icmal büdcəsinin icrasına (operativ) dair məlumatda deyilir

2023-cü il 1 yanvar tarixinə olan göstəricisi ilə müqayisədə xarici dövlət borcunun məbləği mütləq ifadədə 212,5 mln. ABŞ dolları (361,2 mln. manat) və ya 3,2% azalıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası ilə beynəlxalq maliyyə təşkilatları arasında imzalanmış kredit sazişləri çərçivəsində 2023-cü il ərzində 148,0 mln. ABŞ dolları (251,6 mln. manat) məbləğində kredit vəsaitindən istifadə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti