...

Ötən il 1 milyard manatdan çox dövlət borcu qaytarılıb

İqtisadiyyat Materials 22 Yanvar 2024 17:30 (UTC +04:00)
Ötən il 1 milyard manatdan çox dövlət borcu qaytarılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə Azərbaycanda dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər üzrə icra 1 milyard 182,5 milyon manat proqnoza qarşı 1 milyard 31,9 milyon manat və yaxud 150,6 milyon manat (12,7 %) az olub.

Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı 2023-cü il üzrə Azərbaycan Respublikası dövlət və icmal büdcəsinin icrasına (operativ) dair məlumatda deyilir.

Qeyd edilib ki, həmin vəsaitin 772,3 milyon manatını xarici dövlət borcu üzrə xərclər (254,8 milyon manat əsas borc və 517,5 milyon manat faiz borcu), 259,6 milyon manatını isə daxili dövlət borcu üzrə faiz borcu təşkil edib.

Qənaət olumuş 150,6 milyon manat vəsait (o cümlədən xarici dövlət borcu üzrə 145,2 milyon manat, daxili dövlət borcu üzrə isə 5,4 milyon manat) “Dövlət borcu haqqında” qanuna uyğun olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”na köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti