...

Azərbaycan nefti bahalaşdı

İqtisadiyyat Materials 26 Mart 2024 10:56 (UTC +04:00)
Azərbaycan nefti bahalaşdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

Trend xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti 1,6% və ya 1,42 dollar artaraq, 88,59 ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, bundan əvvəl "Azeri Light" 87,17 dollara ticarət edilib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti