...

Bakı Banklararası Valyuta Birjası oktyabrın 5-də bağlanılan əqdlərin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2007 20:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 05 oktyabr tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8503 AZN təşkil edib.

BEST sistemində keçirilən səhər sessiyasınınaçılış məzənnəsi hər ABŞ dollara görə 0,8500 AZN təşkil edib. USD/AZN T+0aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.

BEST-in gündüzsessiyasında USD/AZN T+0aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 3 452 386 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,8503 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə "Birja Elektron Sistemində Ticarət"in ümumi həcmi USD/AZNaləti üzrə $4 060 000ABŞ dolları və ya 3 452 386 AZNtəşkil edib. Orta hesabla, hər sövdələşmənin payına812 000ABŞ dolları düşür.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZNalətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.

AVRO vəRus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi, manat vəsaitləri üzrə illik 15,33 %, ABŞ dolları üzrə isə, illik 15,80% təşkil edib.

Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti