...

Dənizdə qəza uğrayan AZAL Dövlət Konserninə məxsus vertalyot aşkar olunub (əlavə olunub)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2007 12:46 (UTC +04:00)
Dənizdə qəza uğrayan AZAL Dövlət Konserninə məxsus vertalyot aşkar olunub (əlavə olunub)

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ AZAL Dövlət Konserninə məxsus Mİ-8T vertalyotunun axtarışını həyata keçirən xilasedici xidmətin nümayəndələri dənizdə qəzaya uğrayan hava gəmisi aşkar ediblər. Bu barədə axtarış işlərinə yaxın mənbədən məlumat verilib.

Mənbənin sözlərinə görə, vertalyot çox dəridə deyil və o, qaldırılacaq. Digər mənbələrin məlumatına görə, vertalyotun uçuşu zamanı hava normal olub. "Azalhelikopters" müəssisəsinin balansında olan AZAL Dövlət Konserninə məxsus vertalyot dünən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Xəzər -4" qazma dəniz platformasından xəstə aparan zaman qəzaya məruz qalıb. İlkin məlumatlara görə dörd ekipaj üzvü və iki neftçi olmaqla altı nəfər həlak olub.

ARDNŞ-dan verilən məlumata görə, platforma "Qərbi Abşeron" yatağında yerləşir.

Oradan ARDNŞ kompleks qazıma işi trestinin "Bail Limanı" qazıma idarəsi qazıma həyta keçirir.

Vertalyotun axtarışına ARDNŞ, Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri cəlb edilib.

AZAL Dövlət Konserni baş direktorunun müavini Sabir İlyasovun Trend ə verdiyi məlumata görə, hazırda vertalyotun sudan qaldırılması prosesi həyata keçirilir.

Onun sözlərinə görə, qəza vertalyot qazıma platformasından sərnişinləri götürüb qayıdan zaman baş verib. "Vertolyot aşağı enməyə başlayıb və suya qonub. Bundan sonra o batıb. Hava gəmisinin qanadları suda dağılıb" - deyə o bildirib. Dörd ekipaj üzvü və iki sərnişin olmaqla altı nəfər həlak olub. S.İlyasov qeyd edib ki, uçuş zamanı hava şçraiti normal olub. Vertalyot dap, həmçinin tam yaxşı vəziyyətdə olub. Hazırda qəzanın səbəblərinin araşdırılması üzrə xüsusi komissiya yaradılıb.

Xəbər lenti

Xəbər lenti