...

Dünya birja maliyyə mərkəzlərinin formalaşmasında MDB birjalarının rolunu Bakıda müzakirə etdilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2007 02:14 (UTC +04:00)

Azərbaycan , Bakı / Trend müxbir İ.Xəlilova / Bakı banklararası valyuta birjası rəhbərliyinin dəvəti ilə "Moskva banklararası valyuta birjası " QTSC prezidenti Aleksandr Potemkinin rəhbərlik etdiyi MBVB nümayəndə heyyəti Azərbaycandadır . Bu haqda BBVB-də bildiriblər .

3 iyul 2001-ci ildə BBVB və MBVB arasında imzalanan strateji əməkdaşlıq haqqında Memorandum çərçivəsində hər iki birjanın rəhbərləri 28-30 oktyabrda Bakıda birja infrastrukturunun inkişafına aid geniş məsələlər müzakirə ediblər .

Səfər zamanı MBVB prezidenti Potemkin, Qrupun vise-prezidenti Ellinski , MBVB beynəlxalq əməkdaşlıq üzrə direktoru Orlov Azərbaycan Milli bankı sədri Elman Rüstəmov tərəfindən qəbul ediliblər . Görüşdə dünya birja industriyasının inkişaf tendensiyası , dünya birja maliyyə mərkəzlərinin formalaşması və MDB birjalarının bu prosesdə yeri , və Rusiya bank sistemində ABŞ ipoteki böhranının təsiri nəticəsində yaranan neqativ halların qarşısının alınmasında MBVB-nin rolu müzakirə olunub .

BBVB və MBVB-ni 2000-ci ildə MDB ölkələri bankları və birjalarının konfransından başlanan sıx tərəfdaşlıq münasibətləri bağlayır . Bundan başqa , BBVB və MBVB iştirakı ilə MDB birjalarının əməkdaşlığının aktivləşməsi məqsədilə 2000 il aprelində Moskvada MDB ölkələri birjalarının Beynəlxalq assosiasiyası təsis edilib .

Xəbər lenti

Xəbər lenti