...

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda taxıl istehsalının artmasını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2008 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir S.Babayeva / 2008-ci ildə Azərbaycanda ötən ilə nisbətən taxıl istehsalının həcmində rekord gözlənilir,-- çərşənbə axşamı Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov deyib.

Onun sözlərinə görə, bu il taxıl əkinb sahəsi təxminən 130 min hektaradək artırılıb.

"Bu, ərzaq taxılının 300 min tonadək artımını gözləməyə əsas verir", - nazir deyib.

Abbasovun sözlərinə görə, bu, ölkənin taxıla olan tələbatını ödəməyəcək və çatışmayan hissə idxal olunacaq. Azərbaycan taxılı, əsasən, Rusiya, Türkiyə və Qazaxıstandan idxal edir.

Azərbaycanın taxıla olan illik tələbatı üç mln. ton təşkil edir ki, bunun bir mln.-u idxal olunur. Azərbaycanın ərzaq taxılına illik tələbatı 1,53 mln. ton, aylıq - 129,64 min ton təşkil edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2007-ci ildə Azərbaycanda dənli bitkilərin isehsalı iki mln. ton təşkil edib ki, bunun 1,33 mln.-u buğdanın payına düşür.

Xəbər lenti

Xəbər lenti