...

Azərbaycanda xarici kreditlər hesabına həyata keçirilən əməliyyatlara ƏDV tətbiqi layihələrin bahalaşmasına səbəb olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2008 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral/ " , müxbir İ.Xəlilova/ 2008-ci ildən maliyyələşdirilməsi üçün xarici kreditlərin cəlb edildiyi layihələrdə Azərbaycan hökumətinin payı 40 faizədək artacaq. Bu barədə bazar ertəsi Azərbaycanın Nəqliyyat Nazirliyindən məlumat veriblər.

Dövlətin layihələrdə iştirakı əvvəllər 10-15 faizlə məhdulaşırdı. Maliyyə Nazirliyi bir müddət əvvəl hökumətin büdcə gəlirlərinin artması ilə əlaqədar xarici kreditlərin həcmini ixtisar etmək və öz iştirak payını artırmaq niyyətinində olduğunu bildirib.

Hazırkı vəziyyətdə dövlətin payının artması bu ildən beynəlxalq təşkilatlar, xarici dövlət hökumətləri, dövlətlərarası və hökumətlərarası müqavilələrə əsasən xarici hüquqi və fiziki şəxslər tərəfindən ayrılan kredit və borclar hesabına malların (iş, xidmət) alınması və ölkəyə gətirilməsinə, həmçinin Azərbaycan tərəfinin bu kredit və borclar hesabına həyata keçirilən layihələrdə iştirakı 49 faizi ötmədiyi halda əlavə dəyər vergisinin (ƏDV) tətbiqinə görə baş verib. 2008-ci ilədək belə layihələr çərçivəsində həyata keçirilən layihələrə sıfır dərəcə üzrə ƏDV qoyulub.

Hökumət ƏDV-nin ləğvi və bununla əlaqədar yaranmış əlavə xərcləri (bu gün Azərbaycanda ƏDV 18 faiz təşkil edir) öz üzərinə götürmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti