...

Azərbaycanın Dövlət Gömrük Komitəsi gömrük vergilərinin yeni modelinin təsdiqlənməsini gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2008 21:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycanda 2001-ci ildə qəbul edilmiş gömrük tarifləri sistemi fəaliyyət göstərir. Lakin Dövlət Gömrük Komitəsi Nazirlər Kabinetinə yeni dördsəviyyəli differensiallaşdırılmış tarif sisteminə keçmək üzrə Nazirlər Kabinetinə təkliflər verib. Bu barədə cümə axşamı DGK-dan məlumat veriblər.

2001-ci ildən bu günədək respublikada 0, 0,5, 1, 3, 5, 10 və 15 faizlik dərəcələr qüvvədədir. Sinifləşdirmənin dəyişdirilməsi nəticəsində yalnız 0, 5, 10 və 15 faizlik dərəcələr qalacaq. İstehsal təyinatlı malların (xammal və avadanlıq) böyük hissəsinə və hətta bu gün 0,5 faiz üzrə gömrük rüsumunun alındığı mallara 0 faiz dərəcə üzrə vergi tətbiq ediləcək. Bu, Nazirlər Kabinetinin sərəncamı ilə idxal zamanı sıfır dərəcə ilə ƏDV-nin tətbiq olunduğu mal qruplarının (xüsusilə də 84 və 85-ci qruplar) növlərinə aiddir. Respublikaya idxal edilən malların təqribən 10-15 faizi onların payına düşür.

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması çərçivəsində, gömrük orqanlarının üzərinə iki vəzifə qoyulub - gömrük vergi və rüsumlarına yenidən baxılması və yeni modelin tətbiqi, həmçinin, intellektual mülkiyyət hüququnun müdafiəsinin təmin edilməsi.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti