...

Azərbaycan şirkətləri Almaniyada keçiriləcək işlənmiş avadanlıqlar və alətlər sərgisində iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2008 19:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / Trend / Azərbaycan sahibkarlarından ibarət nümayəndə heyəti Almaniyanın Karlsrue şəhərində aprelin 23-25-də keçiriləcək işlənmiş sənaye avadanlıqları və alətləri sərgisində iştirak edəcək. Bu, texniki əməkdaşlıq üzrə Almaniya cəmiyyətinin özəl sektorun inkişaf proqramı (GTZ) çərçivəsində mümkün olacaq. Təşkilatın məlumatına görə, tikinti, tekstil, mebel və yeyinti sənayesindən 16 nəfər sahibkar seçilib. Almaniyaya altıgünlük səfərin xərcləri qismən GTZ tərəfindən, qalanı isə sahibkarların özləri tərəfindən ödəniləcək.

Nümayəndə heyətini beynəlxalq ekspert Tomas Prays müşayiət edəcək. O, Azərbaycan sahibkarlarına öz tövsiyələrini verəcək.

Sərgi 12 ildir ki, uğurla inkişaf edir və bütün sahələr üzrə işlənmiş avadanlıqlar tədarükçülərinin görüş yerinə çevrilib.

Sərginin tematik bölmələri: metalların emalı, ağac, plastmas/kauçuk, yeyinti sənayesi üıçün maşınlar, tekstil maşınları, kağızın emalı/çapı, surətçıxarma texnikası, telekommunikasya/kompüterlər, səhiyyə texnikası, sərgidə həmçinin güc qurğuları və qaldırıcı-nəqliyyat avadanlıqları, robot texnikası və avtomatlaşdırma, nəzarət-ölçü avadanlıqları, energetika, temperatur nizamlama prosesləri, kimya və əczaçılıq, tullantıların emalı və istifadəsi, tikinti və kənd təsərrüfatı maşınları, yük avtonəqliyyatı nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti