...

BMK Azərbaycanda lizinqin inkişafına texniki yardım layihəsinin müddətini uzadıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2008 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel/ Trend , müxbir İ.Xəlilova/ Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycanda və Mərkəzi Asiyada lizinqin maliyyələşdirilməsi Fondu nəzdində texniki yardım layihəsinin müddətini 2009-cu ilin fevralınadək 8 ay uzadıb. Bu barədə bazar ertəsi layihənin rəhbəri Teymur Heybətov məlumat verib. Əvvəllər layihənin başa çatması 2008-ci ilin iyuluna təyin edilib.

Müddətlərin uzadılması əvvəllər İsveçrənin Seco İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyi və FMTAAS fondu tərəfindən ayrılmış vəsaitlərə qənaət edildiyinə görə, texniki yardım üçün əlavə vəsaitlərin cəlb edilməsini nəzərdə tutmurdu.

BMK-nın layihəsinin Azərbaycanda fəaliyyətə başladığı 2005-ci ildən onun əsas fəaliyyət istiqaməti Uni Leasing, AG Leasing və Bank of Baku-ya texniki yardım göstərilməsində cəmləşmişdi. Buna baxmayaraq o, digər lizinq şirkətlərində də məsləhət xidmətləri göstərir. Uni Leasing Azərbaycanda korporasiyadan $5 mln. məbləğində kredit alan ilk şirkət oldu (düzdür, öz təsisçisi UniBank vasitəsilə).

Lakin bu ilin fevralından Uni Leasing proqramdan çıxdı. Bu Uni Leasing-in səhmdarlarından biri olan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) əməkdaşlıqla bağlıdır. Şirkət bundan sonra maliyyə və texniki dəstəyi AYİB-in lizinq proqramı çərçivəsində alacaq [Bu şirkətin səhmlərinin 33 faizi Avropa Bankına məxsusdur].

Azərbaycanın lizinq sektorunda aşağı kapitallaşma səviyyəsi BMK-ya maliyyələşdirmə həcmini artırmağa və onları birbaşa kreditləşdirməyə imkan vermir. Lizinq şirkətlərinin kapitalı orta hesabla $1 mln. təşkil edir.

BMK-nın şərtlərinə görə, o, ümumi kapitalın 60 faizinədək hissəsini maliyyələşdirə bilər (ikinci səviyyənin kapitalında nəzərə alınan subordinasiya edilmiş kreditlər hesaba alınmadan).

Bu səbəblərdən büdcəsi $30 mln. olan lizinqin maliyyələşdirilməsi Fondundan Azərbaycanın lizinq şirkətlərinə $6 mln. ayrılıb. Uni Leasing-dən əlavə, AG Leasing üçün də $1 mln. məbləğində kredit açılıb. Onların maliyyələşdirilməsi müvafiq olaraq UniBank və AzerigazBank vasitəsilə həyata keçirilib.

Bu il lizinqin inkişafına $5-6 mln. məbləğində daha bir kreditin açılması ehtimalı istisna edilmir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti