...

Azərbaycanın Lizinq Fondu maliyyə resursları ilə bağlı çatışmazlığı həll edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2008 12:55 (UTC +04:00)
Azərbaycanın Lizinq Fondu maliyyə resursları ilə bağlı çatışmazlığı həll edəcək

Azərbaycan, Bakı, 26 aprel / " , müxbir L.Abdullayeva/ Azərbaycanın Lizinq Şirkətləri Assosiasiyasının 2008-ci planlarına daxil olan Lizinq Fondunun yaradılması regionda lizinqin gələcək inkişaf yolunda duran əsas problemlərdən birini - orta və uzun müddətli maliyyə resursları çatışmazlığını həll etməyə və lizinq şirkətlərinin maliyyələşdirilməsi üçün onların vəsaitlə təmin edilməsinə imkan verəcək. Fondun yaradılması bütün bazarın inkişaf etməsinə səbəb olacaq korporotiv müştərilərin və vəsaitlərin artmasına imkan yaradacaq.

Lizinq Fondu lizinq əməliyyatlarının məqsədli şəkildə maliyyələşdirilməsi üçün təyin olunan maliyyə resurslarının ayrıca hissəsindən ibarətdir. Fond fəaliyyətinin əsas istiqamətləri lizinq şirkətlərinə maliyyə dəstəyi, informasiya xidməti və onların metodoloji cəhətdən təmin edilməsindən ibarətdir.

Son zamanlar, hazırda təxminən yeddi yüz lizinq şirkətinin fəaliyyət göstərdiyi Rusiyanın təcrübəsi diqqətə layiqdir. Baxmayaraq ki, bu rəqəm belə böyük ölkə üçün çox deyil, lakin lizinqin inkişaf tendensiyası və bir sıra şirkətlərin səmərəli fəaliyyəti onun formalaşdırılması üzrə müsbət praktikanın olmasından xəbər verir.

Azərbaycanın lizinq şirkətlərinin nizamnamə kapitalı ümumilikdə bir mln. dollardan aşağıdır və onlar kredit götürmək məcburiyyətində qalır. Lakin Azərbaycanda bank kreditləri ucuz olmadığından (18-26 faiz), nəticə etibarı ilə lizinq verənin faiz dərəcəsi yüksək olacaq (19-27 faizdən çox). Bu şərtlərlə yalnız banklar yanında yaradılan və pul vəsaitləri mənbələrinə çıxışı olan lizinq şirkətləri davam gərtirir. Nəticə etibarı ilə lizinq bazarı çoxdan maliyyələşməyə ehtiyac duyur. Məsələn, Azərbaycanın kənd təsərrüfatının təcili lizinq tətbiqinə ehtiyacı var. Lizinq Fondunun hesabına fiziki və mənəvi cəhətdən 90 faiz köhnəlmiş kolxoz və sovxozların yenidən təşkil edilməsindən sonra özəlləşdirilən texniki parkların yenilənməsi mümkün olacaq. Mütəxəssislərin hesablamalarına görə, 2015-ci ilə qədər ölkədə 30 min traktor, 25 min yük maşını, 4 min taxılyığan, 1,5 min yemyığan və 2,1 min pambıqyığan kombayının yenilənməsinə ehtiyac var. Hesablamalara görə, bütün bu texnikanın əvəzlənməsi üçün təxminən 468 mln. dollar tələb olunur.

Hazırda Assosiasiya Lizinq Fondunun yaradılması ilə bağlı BMK, AYİB və AİB ilə danışıqlar aparır. Lizinq Fondunun yaradılması investisiya şirkətinin yaradılması ilə eyni əhəmiyyətə malikdir. Fond cəlb edilmiş vəsaitlərə malik olacaq və yerli lizinq şirkətlərini maliyyələşdirə biləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : capital

Xəbər lenti

Xəbər lenti