Azərbaycan, Bakı, 05 iyun / Trend müxbir U.İsmayılova/ Bakıda iyulda keçiriləcək I Azərbaycan Beynəlxalq Sığorta Forumu - sığorta bazarını müsbət yönə dəyişəcək geniş miqyaslı tədbirdir. Bu isə sığortaçılarına ümumi dil və təmas nöqtələri tapmalarına kömək edəcək. Bu haqda cümə axşamı Trend -a Azərbaycanın Sığorta Assosiasiyası idarə heyətinin sədri Kamal İbrahimov bildirib.
"Bir çox əcnəbi şirkətlər Azərbaycanla artıq əməkdaşlıq edir, lakin elələri də var ki, Azərbaycanı yalnız göz altı edib və bu miqyaslı tədbir Azərbaycanın sığorta bazarı, onun iştirakçıları və perspektivləri haqqında dolğun təsəvvür yaradacaq", - deyə İbrahimov bildirib. Onun sözlərinə görə, Assosiasiya bu tipli forumları hər il keçirməyi planlaşdırır, "lakin növbəti forum haqqında danışmaq hələ tezdir".
İbrahimov bildirib ki, ölkənin sığorta bazarını müxtəlif tipli elitar sığorta tədbirlərində, konfrans, forum və seminarlarda təqdim etmək, sığorta məktəbinin inkişafı, əhalinin sığorta biliyini artırılması üzrə işlərin aparılması, normativ-hüquqi bazanın formalaşdırılmasında fəal iştirakı Assosiasiyanın yaxın planlarına daxildir.
İbrahimovun sözlərinə görə, məktəbin açılışı yaxın aylarda planlaşdırılır. "Hazırda əcnəbi müəllimlərin Azərbaycana gəlişi ilə bağlı danışıqlar aparılır. Tədris planı hazırlanır. Onların ehtiyaclarını dəqiqləşdirmək üçün sığorta şirkətlərilə danışıqlar aparılır", - deyə İbrahimov bildirib.
Azərbaycanın Sığorta Assosiasiyası 2006-ci il dekabrın 29-da təsis olunub. Assosiasiyanın Nəzarət Şurasına Azərbaycanın beş sığorta şirkəti daxildir - "MBASK", "Standard Insurance", Beynəlxalq Sığorta Şirkəti, "Azersigorta", "Ateshgah".
Nəzarət Şurasının sədri "Standard Insurance" SŞ-nin baş direktoru Kamal İbrahimov, sədr müavini "MBASK" idarə heyətinin sədri Cəmil Məlikov seçilib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]