...

Azərbaycanda relsdən çıxan vaqonlar zərər çəkməyib və təyinatı üzrə göndəriləcək – ADDYİ

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2008 16:58 (UTC +04:00)
Azərbaycanda relsdən çıxan vaqonlar zərər çəkməyib və təyinatı üzrə göndəriləcək – ADDYİ

Azərbaycan, Bakı, 23 dekabr/ Trend / Azərbaycanın Tovuz rayonunda stansiyalararası yolda relsdən çıxan bütün vaqonlar Bakı vaxtı ilə 20:00 - dək relslərə qoyulacaq və təyinatı üzrə göndəriləcək. Bu barədə çərşənbə axşamı Azərbaycan Dövlət Dəmirn Yol İdarəsindən (ADDYİ) bildiriblər. Vaqonların relsdən çıxması nəticəsində zərərçəkən olmayıb.

Relsdən Gəncə və Sumqayıta boksit aparan cəmi dörd vaqon (səkkizdən dördü) relsdən çıxıb. Vaqonlar Gürcüstan Dəmir Yoluna məxsus olub. Vaqonların relslərdən çıxması nəticəsində məhsul itkisi olmayıb.

Hazırda bir vaqondan başqa bütün vaqonlar relslərə qoyulub. Vaqonların sıradan çıxması səbəbləri araşdırılır.

Dəmir yolundakı mənbə bildirib ki, relsdən çıxmaya vaqonların nasazlığı səbəb ola bilər.

Vaqonların stansiyalararası yolda relsdən çıxması digər qatarların hərəkətinə mane olmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti