...

Azərbaycan banklarının depozit bazası yanvar ayı ərzində azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2009 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , N.İsmayılova / Yanvarda Azərbaycan banklarının depozit bazası 5,4 faiz azalıb, ötən ilin müvafiq ayı ilə müqayisədə bu göstərici 31,6 faiz təşkil edirdi, - Azərbaycan Milli Bankından (AMB) çərşənbə axşamı xəbər verilib.

AMB-nin məlumatına əsasən, bank depozitlərinin, hüquqi və fiziki şəxslərin yatırımlarının ümumi məbləği yanvarının 1-də 4348 milyon manat, 2008-ci ilin fevralın əvvələrində 3126,3 milyon manat təşkil etdiyi halda, bu ilin fevralın 1-də 4113,2 milyon manat təşkil edib.

Yanvar ayı ərzində milli valyutanın depozitləri 14,1 faiz azalıb. Bu məbləğin 1662,6 milyon manatı manat vəsaitinin, qalanı isə valyutanın payına düşüb.

Yanvar ayı ərzində fiziki şəxslərin yatırımları 3,7 faiz, hüquqi şəxslərin depozitlərinin həcmi isə 6,8 faiz azalıb. İl ərzində fərdi müştərilərin depozitlərinin artımı 22,3 faiz təşkil etdiyi halda, korporativ müştərilərin depozitlərinin artımı isə 40,1 faiz təşkil edib.

Fiziki şəxslərin ölkənin banklarındakı yatırımlarının həcmi 2008-ci ilin fevralın 1-də 1499,6 milyon manat, yanvar ayının 1-də 1903,7 milyon manat təşkil etdiyi halda, fevralın 1-də yatırımların həcmi 1903,7 faizə kimi azalıb. Hüquqi şəxslərin depozit həcmi keçən ilin fevralın 1-də 1626,6 milyon manat, yanvarın 1-də 2444,9 milyon manat təşkil etdiyi halda, fevralın əvvəlində depozitlərin həcmi 2279,2 milyon manat təşkil edib.

Martın 3-nə olan rəsmi məzənnə 0,8051 AZN/USD təşkil edir.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti