...

Azərbaycan bankı ərəb ölkəsində törəmə strukturunu açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2009 13:28 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı Qətərdə törəmə bankını açmağa hazırlaşır.

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir Ü. İsmayılova /

Azərbaycan Beynəlxalq Bankı Qətərdə törəmə bankını açmağa hazırlaşır. Bunu çərşənbə axşamı bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev deyib.

"Hazırda tərəflər lisenziyanın alınması məsələsini müzakirə edirlər", - Hacıyev deyib.

Onun sözlərinə görə, Qətərdə lisenziyalaşdırmanın nümayəndəlikdən başlayaraq bank fəaliyyəti göstərmək üçün tam lisenziyalaşdırmaya qədər dörd kateqoriyası mövcuddur.    

"Biz törəmə struktur üçün dərhal lisenziya almaq niyyətindəyik", - Hacıyev deyib.

İdarə Heyəti sədrinin sözlərinə görə, şirkətin nizamnamə kapitalı 250 mindən 10 milyon dollara qədər həcmdə müəyyənləşdiriləcək.

"Hazırda müvafiq sənədlərin hazırlanması üzrə iş aparırıq. Bu sənədlərin hamısı tezliklə Price Waterhouse şirkətində nəzərdən keçiriləcək", - Hacıyev deyib.

Qətərdəki törəmə bank ABB maliyyə qrupunun üçüncü törəmə bankı olacaq. İlk bank - "ABB - Moskva" öz fəaliyyətinə 2002-ci ildən başlayıb. Bu gün artıq Moskva, Sankt-Peterburq və Yekaterinburqdakı 12 ofis və filialları ilə maliyyə institutudur. 2006-cı ilin noyabrında ABB Azərbaycandan kənarda özünün ikinci törəmə bankını - "ABB-Gürcüstan"ı təsis edib. 

İyulun 21-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti