...

Bakı əmək yarmarkasında 6,5 mindən artıq vakant yer təqdim edilib - əmək nazirinin müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2009 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Sonuncu 2009-cu il Bakı əmək yarmarkasında 850 müəssisə tərəfindən 6,5 mindən artıq vakant yer təqdim edilib, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov cümə günü deyib.

"Təklif edilən yerlərdən 1,5 mini dövlət sektoruna, qalanları isə özəl sektora aiddir", - Məmmədov deyib.

Onun sözlərinə görə, əmək haqları 200-1500 manat arasındadır. Bu gün aparılan yarmarkanın nəticələri bir həftədən sonra məlum olacaq.

Nazir müavini həmçinin deyib ki, ümumiyyətlə Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında 2181 müəssisə tərəfindən 17626 vakant yer təqdim edilən 55 əmək yarmarkası keçirilib. Ümumilikdə bu il 38 mindən artıq insan nazirliyin məşğulluq xidmətinə müraciət edib. Bu da keçən ilə olan göstəricidən 3,5 min nəfər çoxdur. Onlardan 23 min nəfəri iş yeri ilə təmin olunub.

"Beləliklə də Azərbaycanda əmək yarmarkaları vasitəsilə 5801 nəfər iş yerləri ilə təmin edilib", - Məmmədov deyib.

Dekabrən 4-nə olan rəsmi məzənnə 0,8026 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected].

Xəbər lenti

Xəbər lenti